Soba ilə səhnədə məşq edən nənələrin çıxış böyük maraqla qarşılandı
21 May 2012 21:14 MədəniyyətSoba ilə səhnəyə çıxan "Eurovision-2012" mahnı müsabiqəsinin Rusiya təmsilçiləri olan "Buranovskiye babuşki" qrupunun çıxışı böyük maraqla qarşılandı. Rusiyanın "Buranovskiye babuşki" qrupu 40 il əvvəl yaranıb. Qrup 8 nəfərdən ibarətdir. Onların ən gəncinin 43, ən yaşlısının isə 76 yaşı var. Qrupun repertuarında ingilis və rus dillərində də mahnılar var. Onlar həmçinin müxtəlif ölkə hitlərini udmurt dilində ifa edir. 2010-cu ildə Rusiyanı "Eurovision" mahnı müsabiqəsində təmsil etmək məqsədilə Milli Seçimlərdə yarışıblar. Lakin onların bu arzusu 2012-ci ildə gerçəkləşib. Qrup Bakıdakı "Eurovision 2012"-də "Party for Everybody" mahnısı ilə çıxış edir. ("OLAYLAR").
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31