“Eurovision-2012”-nin mətbuat üçün keçirilən əsas məşqi başladı

"Eurovision-2012" mahnı müsabiqəsinin mayın 21-də keçirilən əsas məşqi gecə saat 00.00-da "Bakı Kristal Zalı"nda başlayacaq. Bu məşqdən əvvəl isə pressa üçün açıq məşq başlayıb.  Müsabiqədə iştirak edən ölkələrin hər biri "Bakı Kristal Zalı"nda iki dəfə məşq etdilər. Səhnədə 18 ölkənin - Monteneqro, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika, Finlandiya, İsrail, San Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova, İrlandiya  təmsilçiləri çıxdılar. Bu gündən "Eurovision" mahnı müsabiqəsi 2012-ni işıqlandıran jurnalistlər və fanatlar üçün milli mətbəximizin nümunələri təqdim olunacaq. Mətbuat Mərkəzinin qarşısındaca təndir və manqallar quraşdırılıb. Burada hər gün qonaqlara açıq havada Azərbaycan milli mətbəxindən kabab, təndir çörəyi və qutablar təqdim olunacaq. Mətbuat Mərkəzininin ətrafındakı qazonlara milli xalçalar sərilir ("OLAYLAR").  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31