"Eurovision-2012"nin yarımfinal və final günlərində işləyəcək avtobusların marşrutu müəyyən edilib

"Eurovision-2012" mahnı müsabiqəsinin yarımfinal və final günlərində yerli əhalinin daşınması üçün vətəndaşların minik nəqliyyat vasitələrini saxlaya biləcəkləri şəhərin 6 məntəqəsindən Bayraq Meydanı istiqamətinə avtobus marşrutunun xətləri müəyyən edilib. Bu barədə Trend Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.Məlumata görə, E6, E7 və E8 marşrutlarının fəaliyyəti yarımfinal və final günlərində nəzərdə tutulur.
Türkiyədən icarəyə alınmış MAN-NEOPLAN markalı avtobusların 7 ədədi təşkilat komitəsinin sərəncamına ayrılıb. Media nümayəndələrinin otellərdən Bayraq Meydanına daşınması üçün 6 ədəd İSUZU markalı avtobus ayrılıb (PRESS1-PRESS4).
Şəhər ərazisində nəzərdə tutulmuş taksi dayanacaqlarında, orta hesabla, 6-10 taksi avtomobilləri xidmət göstərir. Hava limanında mütəmadi olaraq 50 taksi müvafiq duracaqlarda xidmət göstərməkdədir.
Qeyd edək ki, Bakı şəhərinə gəlmiş ölkələrin sayı 42-dir. Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olmuş nümayəndələrin sayı 665 nəfər, Bakı Dəmiryol Vağzalına daxil olmuş nümayəndələrin sayı isə 6 nəfərdir. Gələn qonaqlar 16 oteldə yerləşiblər. O cümlədən, əsasən "Hyatt Regency" və "Hyatt Park" otelində 152 nəfər, "Hilton" otelildə 142 nəfər, "Park Inn" otelində 108 nəfər, "JW Mariott" otelində 58 nəfər, Avropa otelində 51 nəfər, "Sapphir" otelində 29 nəfər, "Chiraq Plaza"da 14 nəfər, digər 9 oteldə isə 1-10 nəfərədək yerləşiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31