“Hürrəm” özünə türk sevgili tapdı - FOTO
21 May 2012 16:16 MədəniyyətTürkiyəyə gəldiyi gündən heç bir kişi ilə görüntülənməyən "Hürrem" - Meryem Uzerli iki aya yaxındır bir yerdə olduğu Can Ateşlə bir məkanda təxminən beş saat oturub. "Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, cıxışda jurnalistlərə yaxalanan C. Ateş suallara cavab verməkdən imtina etsə də M. Uzerlinin qızaran üzü diqqət çəkib. O, jurnalistlərin "Sevginiz necə başladı?" kimi suallarına "Nə olar, mənə belə suallar verməyin. Mən şəxsi həyatımla bağlı danışmağı heç sevmirəm" deyə cavablandırıb. Cütlük sonra C. Ateşin maşınına minərək uzaqlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31