Toy canlı yayınla izlənəcək

Keçmiş SSRİ-də ilk toy telekanalı açılıb

Dağıstanda keçmiş SSRİ məkanında ilk dəfə unikal telekanal fəaliyyətə başlayıb. "Svadebnıy Daqestan" adlanan bu telekanalın efirində ancaq toy və toy adətlərini görmək mümkündür. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, kanalda reklam şərti ilə toyların birbaşa translyasiyaları da göstəriləcək.  Bundan başqa, müxtəlif sevgi hekayələri, evlənən gənclərə məsləhətlər, habelə şadlıq saraylarının mətbəxlərindən reportajlar da adı çəkilən telekanalda yer alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31