Filippində Ledi Qaqaya qarşı aksiya keçirilib
21 May 2012 16:13 MədəniyyətNümayişlərə baxmayaraq hökümət müğənninin konsertinə icazə verib. Filippində ekstravaqant müğənni Ledi Qaqaya qarşı etirazlar səngimək bilmir. Bu dəfə paytaxt Manilada bir qrup filippinli xristiyan gecə nümayişi keçirərək pop müğənnini Filippində keçiriləcək konsertini təxirə salmağa çağırıb. Dindarları qıcıqlandıran müğənninin İuda adlı klipində Həzrəti İsanı təhqir etməsi olub. Ölkə rəhbərliyi mübahisələrə baxmayaraq konsertə yaşıl işıq versə də, müğəninin çılpaq nümayişlər və ya ədəbsiz hərəkətlər etməsinə imkan verilməyəcəyini bildirib. Şənbə günü paytaxta gəlmiş Ledi Qaqa bu gün və sabah "Asiya Ticarət Mərkəzində" solo konsert verəcək. Maraq üçün qeyd edək ki, Filippin qanunvericiliyinə görə, dini və milliyyəti təhqir edən istənilən şəxs 6 ilə kimi həbs oluna bilər.