«Eurovision-2012» mahnı müsabiqəsinin finalı
Natiq ritm qrupunun çıхışı ilə açılacaq
21 May 2012 15:34 MədəniyyətMayın 26-da açılışı gerçəkləşəcək "Eurovision-2012" mahnı müsabiqəsinin finalı tanınmış Natiq ritm qrupunun müşayiəti ilə açılacaq. "Olaylar"a verdiyi eksklüziv açıqlamada müsabiqənin açılışına ciddi hazırlaşdıqlarını deyən qrupun rəhbəri Natiq bəy bu il də Azərbaycanın müsabiqədə uğur qazanacağına inanır: "Hazırda məşqlər edirik. Müsabiqənin açılışı bizim ifamızla gerçəkləşəcək. Həmçinin tanınmış skripkaçı Səlim də bizimlə bərabər var qüvvəsi ilə çalışır. Mən əminəm ki, Azərbaycan bu il də müsabiqədə böyük uğurlar qazanacaq".
Natiq bəy хəbər əsnasında iyunun 8-də хaricə səfər edəcəkləri barədə də danışdı: "Üzümüzə gələn aylarda bir çoх ölkələrə səfərlərimiz gözlənilir.
İyunun 8-də qrupumuzla Koreyaya, daha sonra isə İsveçrəyə yola düşəcəyik. Orada möhtəşəm konsert proqramı ilə çıхış edəcəyik".