Yaqub Zurufçu Niaqaranın yanında «Şəlalə» yə klip çəkdirib

Kanada səfərindən vətənə yenicə dönən   tanınmış müğənni Yaqub Zurufçu klip çəkməyə də fürsət tapıb. Belə ki, o, sözləri Vahid Əzizə, musiqisi  isə özünə aid olan "Şəlalə" mahnısına klip çəkib. Artıq  montaj işlərinin bitdiyini deyən müğənni Niaqaranın gözəlliyindən danışmağı da unutmadı: "Şəlalə" mahnısının sözləri ilə musiqisi vəhdət təşkil etdiyindən düşündüm ki, bu mahnının klipini yalnız ən əzəmətlİi,  füsunkar şəlalə hesab olunan Niaqaranın yanında çəkim. Kanadada olduğum müddətdə vətənə yeni kliplə qayıtmağımı  istədim. Artıq klipin montaj işləri yekunlaşmaq üzrədir. Tamaşaçılar yaхın vaхtlarda bu klipi televiziya kanllarında və "Youtub"da izləyə biləcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31