"Öyle bir geçer zaman ki": Cəmilə təhlükədə... Yenidən bir araya gələn Aylin və Soner qərarları ilə hamını təəccübləndirirlər... VIDEO
21 May 2012 12:34 MədəniyyətSonerin uzun zamandır saxladığı həqiqəti açıqlaması Aylin üçün sarsıdıcı olur. Amma eşitdikləri onun Sonerə qarşı davranışlarının dəyişməsi ilə nəticələnir.Evi Karolinin almaq istəməsini Əli kapitan həzm edə bilmir. O, Karolinlə hesablaşmağa getmək istəsə də, ona əngəl olmaq istəyən Hasefenin vəziyyəti pisləşir.Cəmilənin bütün mallarını bazarda satması xəbəri Kənanı dəli edir. Məhkəmə günü də yaxınlaşmaqdadır. Səlmanın paylarını almağın yollarını axtaran Kənanın ağlına yeni bir fikir gəlir. Məhkəmə günü yaxınlaşdıqca Səlma da narahat olmağa başlayır. Kənandan qorxmadığını dəfələrlə dilə gətirən Cəmilə böyük təhlükədədir.Nihalın evinə gələn Mete sonunda ondan gizlədilən gerçəyi öyrənir. Görünüşündən utanan Nihal gizlənməyə davam etsə də, Mete onu axtarmaqdadır.Nərimandan Karolinin qaldığı yeri öyrənən Əli onun etdiklərinin əvəzini çıxmaqda qərarlıdır.Yenidən bir araya gələn Aylin və Soner qərarları ilə hamını təəccübləndirirlər.