Səbinə Babayeva: “Alim Qasımovla eyni səhnədə çıxış etməkdən zövq alıram” VIDEO

Azərbaycanın "Eurovision-2012" mahnı müsabiqəsi təmsilçisi Səbinə Babayeva "Bakı Kristal Zal"ında ikinci məşqini edib.Gün.Az xəbər verir ki, səhnədə təmsilçini xalq artisti Alim Qasımov müşayiət edib.Jurnalistlər üçün keçirilən mətbuat konfransında S.Babayeva ona ünvanlanan sualları cavablandırıb.O, məşqlərinin uğurla davam etdiyini deyib. Alim Qasımovla eyni səhnədə çıxış etməkdən böyük zövq aldığını deyən müğənni xalq artistinin ona dəstək olduğunu da dilə gətirib."Mən ümid edirəm ki, Azərbaycan növbəti dəfə də bu yarışmanın birincisi olacaq. Yenidən qalib olsam, qürur duyaram".Alim Qasımov "Eurovision-2012" səhnəsində Azərbaycan təmsilçisi ilə birgə ifa təklifini alanda şad olduğunu deyib. Mətbuat konfransı zalında öz möhtəşəm muğam ifasını səsləndirib.Xatırladaq ki, Alim Qasımov həmçinin "Eurovision-2012" mahnı müsabiqəsinin mayın 26-da keçirilən final mərhələsinin açılış şousunda iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31