Serbiya təmsilçisi Zeljko Yoksimoviçin şərəfinə mərasim təşkil olunub VIDEO
Tədbirdə Zeljko ona Eurovision 2004-də ikincilik qazandıran, eləcə də builki "Nije Ljubav Stvar" mahnısını səsləndirib
21 May 2012 09:56 MədəniyyətSerbiyanın Eurovision 2012 təmsilçisi Zeljko Yoksimoviçin şərəfinə mərasim keçirilib. Eurovision.az saytı xəbər verir ki, tədbirdə Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç qonaqları salamlayıb. Gecədə İsveç, Ukrayna, Kipr, Makedoniya və digər ölkələrin Eurovision 2012-dəki təmsilçiləri iştirak edib.Mərasimdə Serbiya təmsilçisi Zeljko Yoksimoviç bütün qonaqları salamlayıb və hər kəsə uğurlar diləyib. Daha sonra Zeljko ona Eurovision 2004-də ikincilik qazandıran mahnısını, eləcə də builki "Nije Ljubav Stvar" mahnısının instrumental və "Bakı Kristal Zalı"nda ifa edəcəyi versiyasını səsləndirib.Səfir Zoran Vayoviç builki təmsilçilər arasında favoritinin Zeljko olduğunu deyib və hər kəsi "Məşəlini alovlandırmağa" səsləyib.