“Öz məşəlini alovlandır!”
“Eurovision” mahnı müsabiqəsi günlərində Kola yarımadasının şimalında möhtəşəm bayram şənlikləri keçiriləcəkdir
18 May 2012 18:12 Mədəniyyət"Eurovision-2012" mahnı müsabiqəsi günlərində Murmanskda möhtəşəm bayram şənlikləri olacaqdır. Murmanskda sahibləri soydaşlarımız olan bir sıra iaşə müəssisələri - "Çinar", "Əqraba", "Elan", "Kaspi", "Starıy qorod", "Baku" restoranları və bəzi kafelər Bakıda mahnı müsabiqəsi keçirilən günlərdə unudulmaz əyləncə gecələri təşkil etməyi planlaşdırırlar.Gənclər və şəhərin qonaqları Murmanskda çox populyar olan bu iaşə müəssisələrinə toplaşaraq, "Eurovision" mahnı müsabiqəsinin Bakıdan birbaşa translyasiyasını izləyəcəklər.Azərbaycan diasporunun nümayəndəsi Əlihüseyn Şükürov AzərTAc-a bildirmişdir ki, həmin günlərdə şəhərin restoran və kafeləri bütün sutka ərzində fasiləsiz işləyəcək, axşam vaxtı isə menyuda milli Azərbaycan təamları üstünlük təşkil edəcəkdir.