Universitetdə ustad dərsi

Aprelin 12 - də Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-İnformasiya Mərkəzində Qırğızıstanın Xalq artisti, qırğız və qazax kinosunun görkəmli nümayəndəsi, Pavel Lebeşev mükafatı laureatı, tanınmış kinooperator Xasanbek Kıdıraliyevin "Müasir kinoda operator sənətinin spesifikası" mövzusunda ustad dərsi keçiriləcək. Universitetdən "Olaylar" - a bildirilib ki, rejissorluq, operator sənəti ixtisasında təhsil alan tələbələri və bu mövzuya marağı olan şəxsləri ustad dərslərində iştirak edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31