E.ə. I miniliyə aid olan bu antik əşyalar qorunur
Milli Azərbaycan Tarixi Muzeyində 1946-1953-cü illərdə Mingəçevir ərazisindən aparılan arxeoloji qazıntılar zamanı əldə olunan antik dövrə aid çox sayda bəzək əşyaları mühafizə olunur.
5 Aprel 2017 19:15 MədəniyyətMilli Azərbaycan Tarixi Muzeyində 1946-1953-cü illərdə Mingəçevir ərazisindən aparılan arxeoloji qazıntılar zamanı əldə olunan antik dövrə aid çox sayda bəzək əşyaları mühafizə olunur.
Muzeydən "Olaylar" - a bildirilib ki, e.ə. I miniliyə aid olan bu antik əşyalar xalqımızın tarixi, sosial-iqtisadi inkişafı, ticari əlaqələri və o dövrdə yüksək səviyəli peşakar zərgərlərin olmasını göstərir. Bu bəzək əşyalarının içində e.ə.VIII-V əsrlərə aid olan nəfis qızıl qadın sırğaları xüsusilə seçilir. Antik qızıl sırğalar zamanın təsirindən korlanıb öz gözəlliyini itirmişdir.
Bu baxımdan tarixi əhəmiyyət daşıyan bu zərgərlik məmulatı Muzeyin bərpaçı dizayneri V.Xudaverdiyev tərəfindən bərpa olunaraq,xüsusi fonda təhvil verilib.