Yaqub Məmmədov xatırlanacaq

Aprelin 7 - də, saat 15:00 - da Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Ağcabədi rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kitabxanasının və Azərbaycan Milli Konservatoriyasının birgə həyata keçirdiyi "Sirlər xəzinəsi" ədəbi-bədii musiqili məclisləri layihəsindən  görkəmli xanəndə, xalq artisti Yaqub Məmmədovun xatirəsinə həsr olunmuş növbəti tədbir keçiriləcək.Tədbir Ağcabədi rayon Mədəniyyət Mərkəzində reallaşacaq.

Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Kitabxananın direktoru professor Kərim Tahirov, Milli Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi, millət vəkili, yazıçı-publisist Aqil Abbas, AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli, Yazıçılar Birliyinin Qarabağ bölgəsinin sədri, professor Ənvər Əhməd, Xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Zabit Nəbizadə, Nəzakət Teymurova, Əməkdar artistlər Təyyar Bayramov, Ehtiram Hüseynov, Qəzənfər Abbasov, Elçin Həşimov, Elnur Əhmədov, Əliağa Sədiyev, Elşən Mansurov və başqa görkəmli alimlərin və xanəndənin çıxışları və Yaqub Məmmədov haqqında xatirələri dinləniləcəkdir. 

Tədbirdə həmçinin Milli Kitabxananın qızıl fondunda qorunan muğam haqqında, Yaqub Məmmədovun həyat və yaradıcılığından bəhs edən kitablar, məqalələr və disklərdən ibarət kitab sərgisi nümayiş olunacaq, görkəmli xanəndənin lent yazıları səsləndiriləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31