Norveç və Makedoniyanın “Eurovision-2012” təmsilçiləri Bakıda nərd oynayıblar
Oyunun qalibi Norveç təmsilçisi Tooji olub
18 May 2012 13:49 MədəniyyətMakedoniyanın və Norveçin "Eurovision 2012" təmsilçiləri Kaliopi və Tooji nərd oynamağı sevir. APA-nın "eurovision.az" saytına istinadən yaydığı xəbərə görə, "Eurovision" İşçi Qrupunun təşəbbüsü ilə bir araya gələn ölkə təmsilçiləri bu istəklərini İçərişəhərdə gerçəkləşdiriblər. Oyunun qalibi Tooji olub. Kaliopi Toojiyə nərd oyununda şans verdiyini söyləyib. Oyun şəhər sakinləri və qonaqları tərəfindən də maraqla izlənilib.İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi Makedoniya və Norveç təmsilçilərinə xatirə hədiyyələri təqdim edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31