Bakı Musiqi Akademiyası “Univision”un birincisi oldu

Azərbaycanda ilk dəfə olaraq tələbələr arasında "Birinci ol" devizi altında keçirilən "Univision" mahnı müsabiqəsi sona çatıb. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, yarışın final mərhələsində  gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Qulu Novruzov, Milli Məclisin deputatı Hadı Rəcəbli  və digər rəsmilər iştirak edib. Səsvermə nəticəsində 197 xal toplayan Bakı Musiqi Akademiyası yarışın qalibi elan edilib. Yarışın qalibinə  "Univision" layihəsinin xüsusi kuboku və 3000 AZN təqdim edilib.  Bununla yanaşı qalib şəxs, ifaçı və ya qrup ATGTİ-nin  fəaliyyətinə geniş şəkildə cəlb ediləcək və təşkilatın müəyyən layihələrinin siması olacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31