Vaqif Sultanlının «İnsan dənizi» romanı ingilis dilində
18 May 2012 13:38 MədəniyyətYazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının "İnsan dənizi" romanı Böyük Britaniyada ingilis dilində (London, 2012) nəşr olunmuşdur. Michael Brannokun redaktəsi ilə təqdim olunan roman müasir Azər¬baycan ədə¬biyyatının təbliği sahə¬sində yeni bir addım kimi dəyərləndirilə bilər.Realist və şərti-metaforik üslubun örtaq cəhətlərini özündə birləşdirən "İnsan dənizi" romanında hadisələr ötən əsrin sonlarında cərəyan edir. Yazıçı təsadüfən qətl törədən bir insanın taleyi fonunda dövrün sosial və mənəvi-əxlaqi ziddiy¬yətlərini əks etdirməyə çalışmışdır. Müəllif romanda cəmiyyətin varlığına yoluxmuş biganəlik, laqeydlik, əxlaq¬sızlıq, mənə¬viy¬yatsızlıq və s. kimi mənfi dəyərləri bədii materialın obyektinə çe¬virə bilmişdir.
Qeyd edək ki, "İnsan dənizi" romanı bu ilin payızında Amerika Birləşmiş Ştatlarında da nəşr olunacaqdır.