“Eurovision-2012”-nin İsrail təmsilçisi: “Bizim üçün ən önəmli Bakıdakı müsabiqədə iştirak etməkdir”

"Eurovision-2012" мahnı müsabiqəsində İsrail təmsil edən "İzabo" qrupu APA-ya açıqlamasında bildirib ki, onlar üçün önəmli olan qalibiyyət deyil, Bakıdakı müsabiqədə iştirak etməkdir. "Biz istəyirik ki, buradakı "Eurovision" abu-havasını dolğun şəkildə yaşayaq və hər anın həzzini çıxaraq. Qalib olacağımız təqdirdə isə istərdik ki, hər kəs İsrailə gələrək oranın gözəlliyini öz gözləri ilə görsünlər", deyən təmsilçilər onu da qeyd ediblər ki, müsabiqə çərçivəsində başları qarışıq olduğu üçün şəhərimizlə tam tanış ola bilməyiblər.
"İzabo"-nun üzvləri qeyd ediblər ki, qrupun bədii rəhbərlərindən birinin atası Azərbaycanlıdır. Qrup üzvləri arasında yeganə xanım isə Bakıya öz körpəsi ilə birlikdə gəlib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31