Azərin TÜRKSAV-ın mükafatına layiq görülüb

Müğənni Azərin Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) təsis etdiyi mükafatın builki laureatlarından biri seçilib. Gün.Az Türkiyənin "Anadolu" İnformasiya Agentliyinə istinadən xəbər verir ki, 6 ölkədən 13 qurum və fərd  TÜRKSAV-ın 16-cı dəfə təqdim edəcəyi "Türk dünyasına xidmət" mükafatının laureatı seçilib. Məlumata görə, TÜRKSAV-ın mükafatlandırma mərasimi mayın 18-də Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək. Mərasimdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək və Makedoniya parlamentinin sədri Trayko Velyanovski də iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31