“Buranovskiye babuşki”nin fanatları Bakıya avtobusla gəlirlər
Fanatlar arasında azərbaycanlılar da var
17 May 2012 19:57 MədəniyyətRusiyanın "Eurovision 2012" təmsilçiləri "Buranovskiye babuşki" qrupunun fanatları ilə dolu avtobus bu gün İjevskdən Bakıya yola düşüb. Onlar "Eurovision-2012" mahnı müsabiqəsində bu artistlərə azarkeşlik edəcəklər. Ümumrusiya Azərbaycanlılar Konqresinin Udmurtiya regional bölməsinin icraçı direktoru Ceyhun Babayev: "Bakıya cəmi 30 nəfər yola düşüb. Onlar müxtəlif millətlərin nümayəndələri - azərbaycanlılar, taciklər, ruslar və udmurtlardır".-deyib.Fanatlar Bakıya sabah - mayın 18-də çatmalıdırlar. Mayın 22-də, "Eurovision" mahnı müsabiqəsində birinci yarımfinal günündə "Buranovskiye babuşki" ardıcıllıq etibarı ilə 14-cü çıxış edəcəklər. Həmin gün İjevskdən olan fanatlar öz həmyerlilərini dəstəkləmək üçün konsertə gələcəklər.