Gürcüstanın "Eurovision 2012" təmsilçisi Bakıya gəlir

Anri Joxadze iki gün şəhərimizin qonağı olacaq. Gürcüstanın "Eurovision 2012" təmsilçisi Anri Joxadze (Anry Jokhadze) Bakıya gəlməyə hazırlaşır. Gürcüstanın müsabiqədəki nümayəndə heyətindən eurovision.az saytına verilən məlumata görə, ölkə təmsilçisi aprelin 23-dən Bakının qonağı olacaq. Anri Joxadze pərəstişkarları və mətbuatla bir neçə görüş keçirəcək.
Anri ilə bərabər Bakıya çəkiliş qrupu da gələcək və Azərbaycanın "Eurovision" hazırlıqlarını lentə alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31