Tacikistan da Türkiyə seriallarını qadağan etdi
17 May 2012 18:41 MədəniyyətTacikistan ölkədə populyar olan Türkiyə seriallarının yayımını dayandırıb. Lent.az-ın Türkiyənin "Radikal" qəzetinə istinadən verdiyi məlumata görə, qadağaya səbəb kimi seriallarda olan kəskin, qanlı süjetlərin izləyənlərə pis təsir etməsi göstərilib. Tacikistan Film Agentliyinin direktoru Dövlət Səfərov jurnalistlərə verdiyi açıqlamada bildirib ki, türk serialları terror və ekstremizmlə doludur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31