Röya və Yaqub Zurufçu yardım üçün İsveçdə oxuyublar

Röya Ayxanla Yaqub Zurufçunun İsveç Krallığının paytaxtı Stokholmda verəcəyi konsert proqramı baş tutub.
"Azadinform" xəbər verir ki, Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə keçirilən konsertdə həmçinin Xalq artisti Aftandil İsrafilov, Fuad Dadaşov da çıxış edib.
Qeyd edək ki, konsert xeyriyyə xarakteri daşıyıb. Tədbirdən əldə olunan vəsait isə Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə bu ilin avqustunda İranda, xüsusilə, Təbrizdə baş verən zəlzələdən əziyyət çəkənlərin ailələrinə çatdırılacaq.
Y.Zurufçu onu da bildirib ki, konsertin təşkilatçıları Cənubi Azərbaycanda onun, Azərbaycanda isə Röyanın olduqca məşhur olmasını əldə əsas tutaraq, məhz onların konsertini təşkil ediblər.
Cənubi Azərbaycanda (İran) zəlzələdən ziyan çəkmiş həmvətənlərimizə yardım məqsədi ilə təşkil olunan xeyriyyə konsertinin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31