Slovakiya təmsilçisi "Eurovision"da iştirak etmək üçün avtomobilini satıb
Max Jason 18 yaşından etibarən dəri geyimlərindən imtina etdiyini açıqlayıb
17 May 2012 18:27 Mədəniyyət"Eurovision" müsabiqəsində iştirak etmək üçün avtomobilimi satmışam. Qalib olmasam, buna görə peşman olmayacağam". Bu açıqlamanı APA-ya Slovakiyanı "Eurovision-2012" müsabiqəsində təmsil edən Max Jason Mayi deyib.Builki yarışmada yer alan iştirakçılar arasında əsas favoritinin Monteneqro təmsilçisinin olduğunu söyləyən Slovakiya təmsilçisi, Səbinə Babeyavanın ifasını da çox bəyəndiyini bildirib. Max "Eurovision-2012" mahnı müsabiqəsində bəzi şəxsi xərclərin öhdəsindən gələ bilmək üçün avtomobilini satdığını da təsdiqləyib.
Max Jason 18 yaşdan bəri vegetarian olduğunu da açıqlayıb: "18 yaşımda olanda qərara gəldim ki, heyvanlara zərər verməkdən əl çəkməliyəm. Həmin gündən bəri vegetarianam və dəri geyimlər geyinmirəm. Hazırda üzərimdə gördükləriniz süni dəridir. Təbiət bizimdir və biz onu qorumalıyıq. Heyvanlar isə təbiətin əsas hissələrindən biridir".