Azərbaycanda uşaq televiziyası açılacaq? - MTRŞ
"Əgər dövlət bunu öz öhdəsinə götürərsə, biz bunu çox həvəslə edərik"
17 May 2012 18:21 Mədəniyyət"Son 5 ildə Azərbaycanda 4 ümumrespublika yayımçısı olan kanal açılıb. Bu, kiçik rəqəm deyil. Biz istərdik ölkədə uşaq televiziyası da olsun". Bunu APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, gələcəkdə zərurət yaranacaqsa, bunu edəcəklər. "Amma bunun üçün yetərincə imkan varmı? İndi o potensial yoxdur. Əgər dövlət bunu öz öhdəsinə götürərsə, biz bunu çox həvəslə edərik. Amma biz tender elan edib uşaq televiziyasını adi bir həvəskara verə bilmərik. Bu, çox ciddi məsələdir. Biz gərək buna hazırlıqlı olaq", - deyə N.Məhərrəmli vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31