“Oxuyur Müslim Maqomayev” filminin 40 illiyi

Nizami kino Mərkəzində keçiriləcək

Aprelin 24-də "Nizami" Kino mərkəzində "Oхuyur Müslüm Maqomayev" filminin  ekranlara çıxmasının 40 illiyinə həsr olunmuş musiqili-bədii gecə keçiriləcək. "Olaylar" Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən хəbər verir ki,  gecədə foto-sərgi və filmin nümayişi təqdim ediləcək.
Qeyd edək ki, müğənni haqqında çəkilən filmlər arasında "Oxuyur Müslim Maqomayev" filminin xüsusi yeri var.  Film 1972-ci ildə "Azərbaycanfilm" Kinostudiyasında rejissor Tofiq İsmayılov tərəfindən çəkilib. Bu yaxınlarda Dövlət film Fondunda yenidən bərpa edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31