Bakıda muzeylərə giriş pulsuz olacaq
17 May 2012 16:58 MədəniyyətMay ərzində iki gün respublikadakı muzeylərdə "Açıq qapı" günü keçiriləcək. Bu barədə cümə axşamı Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.Nazirlikdən bildirilib ki, "Açıq qapı" günləri mayın 18-də və 22-də olacaq. Həmin günlərin biri mayın 18-də Beynəlxalq Muzeylər Günü ilə əlaqədar keçiriləcək.Bununla yanaşı, Fransanın Mədəniyyət və Kommunikasiya Nazirliyinin təşəbbüsü ilə Azərbaycan muzeyləri 2002-ci ildən başlayaraq ənənəvi muzeylər gecəsi aksiyasına qoşulub. Bununla əlaqədar mayın 22-də də muzeylərdə yenidən "Açıq qapı" günü keçiriləcək. Hər iki gündə ziyarəçilər muzeylərə ödənişsiz daxil ola və oradakı eksponatlarla tanış ola bilərlər.Beynəlxalq Muzeylər Günü ilə əlaqədar respublikada bir sıra tədbirlər də keçiriləcək.