60 min dollara albom buraxmış azərbaycanlı müğənni kimdir?
17 May 2012 16:58 MədəniyyətƏməkdar artist Abbas Bağırov yerli telekanallardan birinə açıqlamasında "Aləm gözəl" albomunun ona 60 min dollara başa gəldiyini söyləyib. Milli.Az-ın Day.Az saytına istinadən verdiyi məlumata görə, Abbas albomu Türkiyədə tanınmış musiqiçilərlə yazdırdığını söyləyib: "Ən çox xərc mahnıların aranjemanına çıxıb. Aranjemanlar Ənvər Sadıqovun rəhbərliyilə edilib. Fotoları türkiyəli fotoqraf çəkib. O, ölkəsində kifayət qədər məşhurdur. Albomun fərqli cəhətlərindən biri onun kodlaşdırılmasındadır. Bu, piratların albomun sürətini çıxartmasına imkan verməyəcək".A.Bağırov özünü "1 nömrəli" müğənni saydığını da deyib: "İkinci Abbas Bağırov yoxdur və qarşıdakı 50 ildə də olmayacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31