Balaş Azəroğlu yad edildi

Bu gün Yazıçılar Birliyinin"Natəvan"  klubunda xalq şairi Balaş Azəroğlunun 90 illiyinə həsr olunmuş "Balaşlı  Balşsız günlər" kitabının təqdimatı keçirildi.Kitab Yazıçılar Birliyinin "İRS" komissiyası tərəfindən araya-ərsəyə gəlib. Kitabda xalq şairi Balaş Azəroğlu haqqında sağlığında və vəfatından sonra yazılmış məqalələr, tanınmış şairlərin ona həsr etdiyi şeirlər və məqalələr  toplanıb.
Tədbiri giriş sözü ilə Yazıçılar Birliyi- nin sədri, xalq şairi Anar açaraq  B.Azəroğlunun həyat və yaradıcılığı, zəngin fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına məlumat verdi. Daha sonra çıxış edən  xalq şairi  Fikrət Qoca Balaş Azəroğlunun ömrünün 90 ilinin 75-ni yaradıcılığa həsr etdiyini, öz vətənində mühacir ömrü yaşadığını bildirdi. Anım tədbirində  çıxış edən tanınmış yazarlar və ziyalılar xalq şairi B.Azəroğlunun keçdiyi  zəngin yaradıcılıq yoluna nəzər saldılar, onun ədəbiyyatımıza verdiyi töhfələrdən bəhs etdilər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31