“Evrovision” mahnı müsabiqəsini “Excelsior Hotel”dən də izləmək olacaq
17 May 2012 16:35 MədəniyyətAzərbaycanın 5 ulduzlu oteli olan "Excelsior Hotel Baku" tamaşaçıların "Eurovision 2012" mahnı müsabiqəsini ekrandan daha yüksək keyfiyyətdə və canlı izləmələri üçün yeniliyə imza atıb. "OLAYLAR"-a daxil olan məlumata görə, "Excelsior Hotel Baku" mehmanxanasında açıq havada hovuz ətrafında quraşdırılmış böyük ekranda müsabiqənin final konsertini izləmək mümkün olacaq. Müsabiqənin final konsertini böyük ekranda canlı yayımı mayın 26-sı, saat 23.00-da baş tutacaqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31