Hakerlər eurovision.az saytına hücum etdilər

Ann.az saytı da dağıdılıb

Azərbaycanda iki sayt haker hücumuna məruz qalıb. Lent.az xəbər verir ki, ann.az və eurovision.az saytları naməlum hakerlərin hücumu nəticəsində dağıdılıb. Hər iki sayt saat 13 radələrindən açılmır.  Ann.az saytının ana səhifəsində özlərini "Cyber Döyüşçüləri" Azərbaycan Fədailəri Müqavimət Dəstəsi kimi təqdim edən qrup tələbi yerləşdirilib. Qrup Bakıda keçiriləcək "Eurovision-2012" Mahnı Müsabiqəsinin ləğv olunmasını tələb edir. Həmçinin, Bakıda təşkil olunacağı iddia edilən "gey parad"ın ləğvini istəyir. Ana səhifədə mərhum yazıçı Rafiq Tağının şəkli yerləşdirilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31