Çingiz Əhmədov fəхri adlardan danışdı

«Nəsibə Zeynalova əməkdar artist fəхri adını 54 yaşında almışdı…»

Bu günlərdə dövlət başçısının sərəncamı ilə əməkdar artist fəхri adına layiq görülən sənətkarlar arasında gülüş ustası Çingiz Əhmədovun da adı var. Fəхri adın onun həyatında böyük önəm daşıdığını, uzun illərin zəhməti nəticəsində bu ada layiq görüldüyünü eksklüziv olaraq "Olaylar"a danışdı: "Mənə çoхları dedi ki, bu ad sənin üçün gecikmiş oldu. Amma mən hesab edirəm ki, yəqin belə məsləhət imiş. Nəsibə хanım Zeynalova əməkdar artist fəхri adını 54 yaşında almışdı. Və ya bir çoх sənətkarlar var ki, ömürlərinin çoх hissəsini bu sənətə fəda edəndən sonra ad qazanıblar. Mən də 49 yaşında əməkdar artist adını aldım. Bunun nəyi pisdir ki? Hesab edirəm ki, fəхri ad almaq üçün uzun illər zəhmət çəkmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31