"Muhteşem yüzyıl": 60-cı seriya - İbrahim və Nigarın sirri ortaya çıxmağa başlayır... VIDEO

Gülşah, İbrahim və Nigarın danışığını eşidir. İbrahim və Nigar gec də olsa, dinlənildiklərini hiss edirlər. İbrahim onları dinləyəni tapmağı Nigara tapşırır. Gülşah isə vaxt itirmədən eşitdiklərini Hürrəmə çatdırmaq istəyir.Hürrəm və Mahidevran arasındakı iqtidar savaşı sürətlə böyüyür. Nigar Hürrəmin arzularını yerinə yetirmək üçün hərəkətə keçir. Bunu öyrənən Mahidevran Nigara qarşı cəbhə açır. İbrahim bu fürsəti dəyərləndirərək, Nigardan qurtulmaq itəyir.Fatma şahzadə Mustafanın ürəyinə girmək üçün yeni üsullar axtarmağa başlayır. Nəhayət, o, şahzadənin ürəyində özünə yer açır.Hürrəm Mahidevranın hərəmdəki gücünün get-gedə artmasından narahat olur. O, Mahidevrandan birdəfəlik qurtulmağa qərar verir və onu hərəmdən qovmaq üçün yeni plan qurur.İsgəndər Çələbi İbrahim üzərindəki təzyiqini artırır. İbrahim İsgəndərin hesablarını yoxlatdırır. İsgəndər Çələbi bunu qəbul edə bilmir və onlar arasında mübarizə daha da böyüyür. İbrahim İsgəndəri vəzifəsindən azad edir. Sultan Süleyman isə bu qərara sərt reaksiya verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31