Qaytana Bakıya velosipedini də gətirib
17 May 2012 14:57 MədəniyyətUkraynanın "Eurovision" Mahnı Müsabiqəsindəki təmsilçisi Qaytana velosipedlə Bakını gəzməyə çıxıb.Lent.az-ın məlumatına görə, təmsilçi Bakıda olduğu iki həftə müddətində şəhərimizi doyunca gəzmək arzusunda olduğunu deyib.Ona görə də, Qaytana velosipedini də Bakıya gətirib: "Havalar istiləşən kimi velosipedimdə doyunca gəzirəm. Məncə Bakının bütün görməli məkanlarını tanımaq üçün bundan daha uyğun nəqliyyat vasitəsi çətin ki, tapılsın. Hazırda mən Bakıda baş çəkəcəyim yerləri planlaşdırıram. Artıq bu şəhəri tanımağa can atıram. Avtomobildə bunları yaxından görmək mümkün olmur"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31