Sloveniya təmsilçisi özündən sonra Türkiyəyə qalibiyyət arzulayır VIDEO

Eva Boto: "Əminəm ki, ölkəmə qalibiyyət sevinci yaşadacam"

Bu gün "Bakı Kristal Zalı"nın səhnəsində ilk məşqini edən və mətbuat konfransı keçirən təmsilçi ölkələrdən biri Sloveniya olub. ANS PRESS-in məlumatına görə, ölkəsini "Eurovision-2012" "Verjamem" mahnısı ilə təmsil edəcək Evo Boto jurnalistlərlə görüşündə Azərbaycanı çox bəyəndiyini deyib: "Sizin insanlarınızı və şəhərinizi çox bəyəndim. Təəssüratlarım gözəldir, azərbaycanlılardan pozitiv enerji aldım".Yarışmada favoritin Albaniya ilə Türkiyə olduğunu deyən Evo Boto yarışmaya qatılan bütün təmsilçilərin güclü rəqib olduqlarını vurğulayıb: "Bununla belə, əminəm ki, ölkəmə qalibiyyət sevinci yaşadacağam. Özümdən sonra isə Türkiyənin təmsilçisi Bonomonun qalib olmasını istəyirəm. Bonomo çox yaraşıqlı oğlandır".Qeyd edək ki, Eva Boto 1995-ci il, dekabrın 1-də dünyaya gəlib. Ali məktəblər arasında keçirilən musiqi yarışmasının qalibi olduqdan sonra Sloveniyanın Milli Seçimlərinə qatılıb. Gitarada ifa etməyi bacarır. "Verjamem" (I believe) mahnısı ilə Sloveniyanın builki Eurovision Mahnı Müsabiqəsi təmsilçisi seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31