Can Bonomo: “Qalib gəlsəm səhnəyə Azərbaycan bayrağı ilə çıxacağam”

Türkiyənin "Eurovision 2012" təmsilçisi Can Bonomo "Bakı kristal Zalı"nda ilk məşqindən sonra mətbuat konfransı keçirib.Lent.az-ın xəbərinə görə, 25 yaşı tamam olan Bonomo üçün jurnalistlər "Happy Birthday" mahnısını ifa ediblər.Bonomo bildirib ki, o, yəhudi əsilli olsa da, Türkiyəni özünün doğma ölkəsi hesab edir: "Eurovision" bir mahnı yarışmasıdır. Bu müsabiqənin siyasiləşməsinin əleyhinəyəm. Mən yəhudi əsilli olsam da, Türkiyəni özümə doğma hesab edirəm. Türkiyə hər zaman bu müsabiqəyə böyük önəm verib. Bunu belə də davam etdirir".Qardaş ölkə təmsilçisi bildirib ki, müsabiqədə qalib gələcəyi təqdirdə səhnəyə Azərbaycan bayrağı ilə çıxacaq: "Azərbaycan təmsilçiləri Eldar və Nigar səhnəyə Türkiyə bayrağı ilə çıxmışdılar. Təbii ki, mən də qalib gəlsəm Azərbaycan bayrağını qaldıracağam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31