“Eurovision” qonaqları şəkərbura və paxlavaya heyran qaldılar
16 May 2012 20:11 Mədəniyyət"Eurovision 2012" Mahnı Müsabiqəsində iştirak etmək üçün Azərbaycana gələn əcnəbilər Azərbaycan mətbəxinə heyran qalıblar. Lent.az-ın məlumatına görə, artıq 3 gündür ki, "Bakı Kristal Zalı"nın Mətbuat Mərkəzində fəaliyyət göstərən yerli və xarici media nümayəndələrinə Azərbaycan mətbəxinin şirniyyatları təqdim olunub.Jurnalistlər "Çuda Peçka"nın təqdim etdiyi paxlava, şəkərbura və badamburadan pulsuz olaraq dada bilirlər.Əcnəbi jurnalistlər paxlava və şəkərburanı çox sevdiklərini deyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31