Ağlaya-ağlaya

Həyatımdan əlini çək,
Talehimdən gözünü çək,
Sən getdin burdan uşaqtək
Qaldım ağlaya-ağlaya.

Yaxşı günün dostuymuşsan,
Yalan yolda yolçuyumuşsan,
Sən qəlb ovçusuymuşsan,
Dedim, ağlaya-ağlaya.

Qəlb evimin qonağıydın,
Bəs əbədi qalasıydın?
Səsimin gur sədasıydın,
Susdum, ağlaya-ağlaya.

Əzizim

Həyat məni yaman yerdə sınadı
Gah ucaltdı, gah sürüdü, əzizim.
Yerli-yersiz elə məni qınadı,
Gəncliyimə qəsd edildi, əzizim.

Qırıldı ürəyim lap çilik-çilik,
Mən yenə küsmədim səndən, əzizim.
Həsrəti sevgiylə kiçiltməliyik,
Əlini üzmə gəl məndən, əzizim.

Deyirlər bu dünya sevənlərindi,
Bəs niyə yad oldu bizə, əzizim.
Sən demə məhəbbət kədərlərindi
Aldandıq bir quru sözə, əzizim.

Ömrümcə sevəcəm təkcə səni mən
Dəysə də bu başım daşa, əzizim.
Unudub atmaram bircə səni mən
Ölüncə qəlbimdə yaşa, əzizim.

Xəyallardan qorxuram

Gözlərimdə canlananda xəyalın
Mən onları istimirəm, qovuram.
Məni sənsiz ovudanda xəyalın
Elə onda xəyallardan qorxuram.

Ağlayanda göz yaşımı silməyir,
Güləndə də içimdə boğuluram.
Xəyallar ki, bircə ana dəyməyir.
Ona görə xəyallardan qorxuram.

Xəyal xoşdur, bir azca da şirindir,
Onu özüm qurub, özüm pozuram.
Onun qoynu asimandır, dərindir.
Ona görə xəyallardan qorxuram.

Uşaqlıqda şirin olur xəyallar,
Hələ indi anlayıram, qanıram.
Böyüdükcə yalan olur xəyallar.
Mən də indi xəyallardan qorxuram.

Bağışlamaq olmaz səni

Gözlərimdə yaş oldun sən,
Ümidimə boş oldun sən,
Başım altda daş oldun sən,
Bağışlamaq olmaz səni.

Yıxdın məni yarı yolda,
Yaxdın məni yanar odda,
Nəyim qaldı söylə əldə,
Bağışlamaq olmaz səni.

Get ay gülüm, Cəfan yoxdur
Sevgin azdır, cəfan çoxdur.
Dedin: eşqin mənə ardır,
Bağışlamaq olmaz səni.

Gecikmisən hərşey üçün,
Qəlbim olub düyün-düyün.
Baxıb zəfərinlə öyün
Bağışlamaq olmaz səni.

Nə söyləyim artıq sənə
Qəlbə əzab vermə yenə
Haqqım halal deyil sənə
Bağışlamaq olmaz səni.

Dönəcəksən bir gün mənə

Bu gedişin gediş deyil,
Dönəcəksən bir gün mənə.
"Bircə sənsən yarım" deyib
Dönəcəksən bir gün mənə.

Varlığıma sığınaraq
Xəyalımla ovunaraq
Mənsizliyə ağlayaraq
Dönəcəksən bir gün mənə.

Səni kimlər dinləyəcək
Səni mən tək kim sevəcək
Həsrətim səni didəcək
Dönəcəksən bir gün mənə.

Gecələr yuxun qaçacaq
Səssizlik səni boğacaq
Dünya sənə dar olacaq
Dönəcəksən bir gün mənə.

Bağışla da deyəcəksən,
Peşmanam da deyəcəksən,
Hətta mənsiz öləcəksən
Dönəcəksən bir gün mənə.

Sevən ürəyəm

Dəyişən deyiləm illər keçsə də
Fəsillər ötsə də, günlər ötsə də
Qəlbimə bir qoşun qəm köç etsə də
Mən mənəm-yenə də sevən ürəyəm.

Sanmayın bu yolda yorularam mən,
Həsrətdən gizlənib qorunaram mən.
Ölsəm də, sevgimlə yaranaram mən.
Mən mənəm-yenə də sevən ürəyəm.

Çəkin çarmıxlara, simlərə məni,
Verin fırtınaya, yellərə məni,
Yandırın, sovurun göylərə məni,
Mən mənəm-yenə də sevən ürəyəm.

Onsuz da yaşamaq deyil bu ömür,
Onsuz həyatımın çırağı sönür.
O mənsiz uzaqda bir ömür sürür
Mən onsuz yenə də sevən ürəyəm.

Unutdum səni

Çox çəkdim qəm-qüssə sənin uğruna
Çox tökdüm göz yaşı keçib oğruna
İndi dağ çəkirəm sənin bağrına
İndi mən deyirəm unutdum səni.
Qayıt get, o yollar gözləyir səni.

Fəryadlar eylədim, məni duymadın,
Sevgini qəlbinə sıxıb oymadın.
İnsanlar içində məni saymadın
Mən də bunu görüb unutdum səni,
Qayıt get, o yollar gözləyir səni.

Niyə qayıtmısan getdiyin yolla
Çiynində min ahla, minbir günahla
Mən səni anladım, indi sən anla
İnanki çoxdandır unutdum səni
Qayıt get, o yollar gözləyir səni.

Ağlayıb ovundum göz yaşlarımla,
Sevişdim qəmimlə, iztirabımla.
Oyun tək oynadın sən həyatımla,
Alçaldın gözümdə, unutdum səni.

İndi nə mən varam, nə də ürəyim
Çıxıb getməyindir bircə diləyim.
Nə sən, nə də sevgin deyil gərəyim
Sənin yoxluğunda unutdum səni
Qayıt get, o yollar gözləyir səni.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31