Can Bonomonun məşqində hay-küy qopdu
Menecer xanım səhnədəki quyuya düşüb
16 May 2012 18:22 MədəniyyətTürkiyənin "Eurovision 2012" təmsilçisi Can Bonomo "Bakı Kristal Zalı"nda ilk məşqini edib. Lent.az-ın xəbərinə görə, təmsilçinin ilk məşqi zamanı problem yaşanıb. Belə ki, məşqdən sonra Türkiyə nümayəndə heyətindəki qadın menecerlərdən biri Bonomoya yaxınlaşarkən səhnədə quraşdırılmış quyuya düşüb. Menecer yumşaq yerə düşdüyü üçün heç bir zədə almayıb. Nümayəndə heyəti bundan narahatçılıq keçirib. Yıxılan qadının ətrafına toplaşanlar onu pilləkənlə çıxartmağa müvəffəq olublar. Özünü itirməyən menecer onu izləyənlərə əl edərək, gülümsəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31