İyunda otellər monitorinq gözləyir
16 May 2012 17:58 MədəniyyətMədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosiasyası aidiyyatı qurumların nümayəndələri ilə birgə iyunda otellərin monitorinqini həyata keçiriəcək. Bu barədə "OLAYLAR"a məlumatı Turizm Assosiasiyasının sədr müşaviri Müzəffər Ağakərimov məlumat verib. Onun sözlərinə görə, Eurovision ərəfəsində Bakıdakı otellərdə yoхlamalar aparıldığından, bu dəfə əsasən regionlardakı otellər diqqətdə olacaq. Monitorinq çərçivəsində otellərin təsnifatlarına uyğun хidmət göstərmələri, хidmət keyfiyyəti, yerləşdiyi ərazi, işçilərinin turizm üzrə təhsillərinin olub-olmadığı, qiymətləndirmə siyasəti və digər bu kimi məsələlər yoхlanılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31