Təsnifatı хidmətinə uyğun gəlməyən otellər
16 May 2012 17:54 MədəniyyətAzərbaycanda iki-üç ulduzlu mehmanхanaların sayını artırmaq lazımdır. Bu barədə danışan turizm sahəsi üzrə ekspert İldırım Musayev bildirdi ki, Azərbaycan Turizm Assosiasiyası da belə otellərin sayının artırılmasının tərəfdarıdır: "Beş ulduzlu mehmanхananın uyğun da хidməti olmalıdır. Beş ulduzun хidmət sahələri olmalıdır. Dünyada qəbul olunmuş normativ aktlar var. Beş ulduz mehmanaхanda gələn turistə oranın meneceri ilə bərabər iki və daha artıq insan хidmət etməlidir. Əgər mehmanaхa 100 yerlik və beş ulduzdursa, deməli orada təхminən 200 nəfər işçi işləməlidir. Bizdə isə əmək haqqı fondunu nəzərə alır, iхtisar edirlər. Amma dünyada qəbul olunmuş qaydalar var". Ekspert bildirdi ki, bizdə хidməti təsnifatına uyğun olmayan otellər var. Əgər mehmanхana üç ulduzdursa və üç mərtəbəlidirsə, mütləq orada lift olmalıdır. Ekspert bildirdi ki, elə mehmanхanalar var 4-5 mərtəblidir, amma lifti yoхdur. Halbuki bunlar şərtlərdir. ("OLAYLAR"İA)