Səbinə Babayeva: “İnanın, hər şey gözəl olacaq”

Azərbaycanın "Eurovision 2012" mahnı Müsabiqəsində təmsilçisi Səbinə Babayeva mayın 16-da mətbuat konfransı keçirib.  Lent.az-ın verdiyi xəbərə görə, jurnalistlərin suallarını cavablandıran təmsilçimiz bildirib ki, mayın 17-dən etibarən xalq artisti Alim Qasımovla birgə məşqlərə başlayacaq: "Mən Alim Qasımov səsinin vurğunuyam. Əfsanəvi xanəndəmizlə bir yerdə olmaq mənə zövq verir".Səbinə Babayeva müsabiqədəki şousu barəsində heç bir açıqlama vermək istəməyib: "Mən istəyirəm ki, hər şey sirr qalsın. İnanın, hər şey çox gözəl olacaq. Hər biriniz heyran olacaqsınız".Təmsilçimiz Gürcüstan və Serbiya təmsilçilərinin müsabiqəyə daha güclü hazırlaşdığını qeyd edib: "Mən, ümumiyyətlə, rəqiblər haqqında danışmaq istəmirəm. Yalnız bizim çıxışımız barədə fikirləşirəm. Azərbaycanın müsabiqəni uğurla keçirəcəyinə inanıram. Biz göstərəcəyik ki, Azərbaycanda istedadlar var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31