Bakıda jurnalistlər və taksi sürücüləri "Buranovski babuşki"nin mahnısını zümzümə edir

Rusiyalı nənələrə ilk üçlüyə real namizəddirlər

Rusiyanın "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən "Buranovski babuşki" ilk məşqlərindən sonra Bakıda daha çox sevildilər. Onların "Bakı Kristal Zalı"nda ifa etdikləri "Party for Everybody" kompozisiyası artıq Mətbuat Mərkəzindəki jurnalistlərin dilindən düşmür.  Rusiyalı nənələr haqqında hamı danışır. Yerli taksi sürücüləri Rusiyanın qalib olacağına inanır. Nənələrin qaldığı otel işçiləri bizim artistlərə salamlayırlar və avtoqraf istəyirlər. Mətbuat Mərkəzinin yeməkxanasında isə ən çox "Party for everybody" mahnısı səslənir. Nənələrin məşqi zamanı səhnədə soba quruşdurulub. Artistlər çıxışları zamanı özlərinin milli mətbəxindən olan udmurd pissası hazırlamaq niyyətindədilər.Rusiyalı təmsilçilərə maraq yüksəkdir. Bukmekerlər udmurtiyalı ifaçıların şansını yetərincə yüksək bilirlər - ikinci və ya üçüncü yer. Mətbuat Mərkəzində jurnalistlər arasında keçirilən səsvermədə isə "Buranovski babuşki" birinci yerdədi.Xatırladaq ki, "Eurovision 2012" mahnı müsabiqəsi 22,24,26 may tarixlərində keçiriləcək. Rusiya təmsilçiləri 22 mayda keçiriləcək 1-ci yarımfinalda 14 nömrə altında çıxış edəcəklər. Müsabiqənin yarımfinalları və finalı Rusiyada Вести.Ru və "Россия 1" telekanalları birbaşa yayımlayacaqlar.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31