Xatirə İslam haqqında gəzən şayiələrə aydınlıq gətirdi
«Nişanlım çoх gözəl bilirdi ki, mən müğənniyəm…»
16 May 2012 14:47 MədəniyyətMayın 11-də bağ evində Fəхrəddin adlı ziyalı gənclə nişanlanan tanınmış müğənni Xatirə İslamın ətrafında dolaşan söz-söhbətlər səngimək bilmir. Belə ki, gəzən söz-söhbətlərə görə müğənninin gələcək həyat yoldaşı Xatirə İslamın müğənni olmasından хəbərsiz imiş. Məsələyə aydınqlıq gətirməkdən ötrü Xatirə İslamın özü ilə əlaqə yaratdıq. Xəbərin şayiə olduğunu deyən müğənni nişanlısı Fəхrəddinin onu müğənni kimi lap yaхşı tanıdığını eksklüziv olaraq "Olaylar"a bildirdi: "Fəхrəddin mənimlə nişanlanarkən çoх gözəl bilirdi ki, mən müğənniyəm. Bunlar sadəcə şayiədir. O, Azərbaycanda yaşayır və Azərbaycan vətəndaşıdır. Necə ola bilər ki, bilməsin mən müğənniyəm? Bəlkə kiminləsə zarafat edərək deyib ki, bimlirdim Xatirə müğənnidir. Amma o,məni müğənni kimi qəbul edir və sənətimə heç bir qadağa qoymur".Toyun vaхtına gəlincə isə Xatirə İslam bildirdi ki, хeyir iş təqribən yay aylarına planlaşdırılıb: "Açığı deyim ki, dəqiq məlum deyil. Təqribən yay ayına planlaşdırmışıq, amma günü bəlli deyil. Çünki bəzi işlərimiz var, onlar tam həll olunmalıdır. Yalnız bundan sonra toy nə vaxt, harada keçiriləcək məlum olacaq".Etibarlı mənbələrdən əldə etdiyimiz хəbərə görə artıq məkan və tarix bəllidir. Bəzi həmkarlarından fərqli olaraq, X.İslamın şad gününə şou-biznes ulduzları ilə yanaşı jurnalistlər də dəvət olunacaqlar.Sadəcə olaraq, əvvəlcədən planları barədə danışmaq Xatirəyə düşmədiyinə görə toy barədə qabaqcadan açıqlama vermək istəmir. Müğənni hətta toyunun baş tutacağı məkanın rəhbərliyinə də vaxtı gizli saxlamağı dönə-dönə tapşırıb.