Müğənni Samira hamiləliyindən danışdı
16 May 2012 14:43 MədəniyyətƏxlaqı, kübarlılığı və mədəni davranışı ilə şou-biznesin sayılıb-seçilən müğənnilərindən hesab olunan Samira Allahverdi bu ayın sonlarında ikinci dəfə ana olmağa hazırlaşır. Müğənni "Olaylar"a verdiyi eksklüziv açıqlamada özünü normal hiss etdiyini, ana olacağı günü səbirsizliklə gözlədiyini deyib: "Artıq bu ayın sonlarında yenidən ana olacağam. Özümü normal hiss edirəm. Bildiyiniz kimi bu günlərdə mənim konsertim də oldu. Qeyd edim ki, bəziləri kimi hamiləliyimi reklam etmək fikrim yoхdur".Övladının qız və ya oğlan olacağına gəlincə isə müğənni bunları dedi: "Övlad ana üçün Allahın qismət payıdır. Neçə il övlad həsrətində olanlar var. Mənim üçün övladımın qız və ya oğlan olmasının heç bir fərqi yoхdur".
Xatırladaq ki, müğənni Samira Allahverdi və həyat yoldaşı Valeh şou-biznesin xoşbəxt cütlüklərindən sayılır. Onların 13 yaşında oğul övladları var.