"Öyle bir geçer zaman ki" - Əli kapitan evini satışa çıxarır VIDEO
16 May 2012 12:59 MədəniyyətKənanın təzyiqi üzündən mallarını heç kimin satın almadığı Cəmilə bazara çıxır. Lakin Kənanın adamlarının öyrətdiyi bələdiyyə işçiləri satışa mane olurlar.Tarıkla danışdıqdan sonra gerçəkləri öyrənən Soner dərhal Aylinlə görüşmək istəyir. Lakin Tarık ona mane olur və əvvəlcə Aylinlə özünün danışmasının düzgün olduğunu bildirir. O, Sonerə Aylini onunla danışmaq üçün yola gətirəcəyi vədini verir. Amma Soner də boş durmur və sevdiyi qadını təəccübləndirmək üçün yeni bir plan qurur.Nihalın zaminə buraxılması qəbul olunur. Bunu öyrənən Mete gözəl xəbəri qeyd etmək üçün bir sürpriz hazırlayır. Üzü tanınmaz hala gələn və azadlığa çıxmasına sevinə bilməyən Nihalın ağlından başqa şeylər keçir.Əhməd və Berrin Hakanın aralarından çıxdığına hələ də inana bilmirlər. Hakan evi Berrinə vermək istəyir. Lakin Berrin qızı Zəhranı da götürüb anasının evinə köçür.Cəmilənin sıxıntılarını yüngülləşdirməyə qərar verən Əli kapitan evini satışa çıxarır. O, bu niyyətini Nərimana açıqlayır. Bunu eşidən Hasefe və Cəmilə onu bu qərarından daşındırmağa çalışırlar. Nəriman isə vaxt itirmədən evə alıcı tapır.