Latviya təmsilçisi Anmari Qəbələyə vurulub
"Həqiqətən də gəzdiyim hər yer əsrarəngizdir - havası, suyu ilə fərqlidir"
16 May 2012 12:38 MədəniyyətLatviya təmsilçisi Anmari Qəbələdə olub. Eurovision.az saytı xəbər verir ki, Latviyanı Eurovision Mahnı Müsabiqəsi 2012-də təmsil edən Anmari mayın 15-də Qəbələ ilə tanış olub. Qəbələ dağları, meşələrinə vurulan Anmari, bu hissi uzun müddətdir keçirmədiyini bildirib. Təmsilçi Qəbələyə gedən yolda Şamaxı və İsmayıllı ilə də tanış olub. Anmari "həqiqətən də gəzdiyim hər yer əsrarəngizdir, havası, suyu, hər şeyi ilə fərqlidir" deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31