Alim Qasımov “Bakı Kristal Zalı”nda məşq edib VIDEO
16 May 2012 12:32 MədəniyyətMayın 15-də "Bakı Kristal Zalı"nda "Eurovision" Mahnı Müsabiqəsinin final mərhələsinin açılış şousunun məşqi keçirilib. Lent.az-ın xəbərinə görə, məşqlərdə iştirak edən muğam ustası, xalq artisti Alim Qasımov mayın 26-da final şousunun açılışında çıxış edəcək.
Həmçinin Azərbaycan təmsilçisi Səbinə Babayeva finaldakı çıxışı zamanı "When the Music Dies" mahnısında Alim Qasımovla birgə xüsusi parça ifa edəcək və tamaşaçılara Azərbaycan musiqisinin elementlərini çatdıracaq. "Bizim fikrimiz "Eurovision" tamaşaçılarına, gənc nəslə Azərbaycan muğamını təqdim etməkdir" - deyə, Alim Qasımov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31