Türkiyədə Əhməd Cavadın 120 illik yubileyi keçirilib
15 May 2012 17:56 MədəniyyətAzərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın 120 illik yubileyi Türkiyədə qeyd edilib. May ayının 11-də Türkdilli ölkələrin Mədəniyyət təşkilatı TÜRKSOY tərəfindən təşkil edilən Əhməd Cavada həsr olunmuş şeir gecəsi keçirilib. Sonra TRT kanalının Əhməd Cavad haqqında çəkdiyi film nümayiş etdirilib. May ayının 12-də Ankaranın Rəsm və Heykəl muzeyində yubiley tədbiri keçirilib. TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyənin Mədəniyyət və Turizm Naziri Ərtoğrul Günay, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Avrasiya Yazarlar Birliyinnin sədri Yaqub Öməroğlu, Əhməd Cavada dəyərli araşdırmalar həsr etmiş Cəlal Bayar Universitetinin müəllimi İrfan Murad Yıldırım, şairin nəvəsi Anar Axundzadə çıxışlarında Əhməd Cavadın həyat və yaradıcılığının həmişə örnək olacağını vurğulamışlar. Yubiley tədbirləri Türkiyənin tele kanallarında, mətbuatında geniş işıqlandırılıb.